23/02/2023
14:25
15331
| A A A
Qarabağ Avropa Super Liqasında iştirak edə bilər

Qarabağ Avropanın üç böyük klubu Real, Barcelona (hər ikisi İspaniya) və Juventus-un (İtaliya) birgə layihəsi olan Avropa Super Liqasında iştirak edə bilər.

Goal.az xəbər verir ki, bu barədə Opta statistika platforması araşdırmasında bildirib.

Qeyd olunub ki, Avropa Super Liqasının təşkilatçıları qitənin 80 komandasının iştirakı ilə ənənəvi yarış təşkil etməyi planlaşdırır. Həmin klubların bir neçə liqaya bölünmələri və daxili birinciliklərindəki çıxışı davam etdirməklə yanaşı, Super Liqada da mövsüm ərzində minimum 14 oyun keçirmələri nəzərdə tutulub.

Təşkilatçılara seçimin “Opta”nın açıqladığı reytinqə əsasən aparılması və Avropanın ilk 80 pilləsində yer alan klublarının dəvət olunması təklif edilib. Təklif qəbul olunarsa, Qarabağ Azərbaycanın turnirdəki yeganə təmsilçisi ola bilər. Çünki Ağdam təmsilçisi “Opta”nın reytinqinə əsasən, hazırda dünyada 69-cu, Avropada isə 68-ci pillədə qərarlaşır. Bu halda MDB məkanından yalnız “Qarabağ”, eyni zamanda, Rusiyanın Zenit və Ukraynanın Shakthar (Donetsk) klubları Super Liqada mübarizə aparmaq imkanına malik olacaqlar.

Reytinqin ilk “80-liy”ində İngiltərə Premyer Liqasının 15 klubu yer alır. Almaniyanın 12, İspaniyanın 9, İtaliya və Fransanın isə 8 elita təmsilçisi bu siyahıya düşürlər. Ümumilikdə Avropanın “Top-5” liqalarının 52 klubu “80-lik”də qərarlaşır. Bu isə 65 faiz deməkdir.

 

GÜNÜN ƏN ÇOX OXUNANLARI