25/02/2023
17:47
1284
| A A A
"Daha güclü şəkildə qayıdacağıq" - Bəhlul Mustafazadə

Qarabağ-ın futbolçusu Bəhlul Mustafazadə Konfrans Liqasının pley-off mərhələsində Belçika Gent-inə uduzaraq (0:1, penaltilər seriyası - 3:5) mübarizəni dayandırdıqları cavab oyunu ilə bağlı "İnstaqram" hesabında paylaşım edib.

Goal.az xəbər verir ki, millisinin də üzvü olan 26 yaşlı müdafiəçi komandanın fotosunu paylaşaraq yazıb: “Bu son deyil. Biz daha güclü şəkildə qayıdacağıq”.

Qeyd edək ki, Qarabağ-la Gent arasında keçirilən ilk oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Cavab görüşündə isə "Gent" eyni hesabla qalib gəlib. Əlavə vaxtda da mərhələ adlayan tərəf müəyyənləşməyib. Bu səbəbdən penaltilər seriyasına ehtiyac duyulub. Penaltiləri daha dəqiq yerinə yetirən Gent (5:3) 1/8 finala vəsiqə qazanıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI