01/03/2023
13:51
2855
| A A A
Ansi Aqolli: "Qarabağ yenə bəxtsizliyin qurbanı oldu"

Qarabağ avrokuboklarda bir neçə dəfə bəxtsizliklə üzləşib. Bu dəfə də bunun qurbanı oldu".

Goal.az xəbər verir ki, bunu açıqlamasında Qarabağ-ın sabiq futbolçusu Ansi Aqolli Ağdam klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika təmsilçisi "Gent"ə məğlub olaraq mübarizəni dayandırması ilə bağlı danışarkən deyib.

2010-2019-cu illərdə "köhlən atlar"ın formasını geyinmiş albaniyalı keçmiş müdafiəçi komandanın cavab qarşılaşmasında yaxşı çıxış etdiyini bildirib: "Gentdəki oyun heç də pis alınmamışdı. Hətta deyərdim ki, bəzi komponentlərdə "Qarabağ rəqibi üstələyirdi. Ancaq təəssüf ki, ikinci hissədə bir az eniş yaşandı. Cəmi bir epizodda konsentrasiyanı itirdilər, onda da rəqib qol vurdu. Penaltilər isə bəxtdən asılıdır. Fikrimcə, Gent hər iki matçda əlahiddə bir iş ortaya qoymadı". (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI