18/05/2019
16:10
5077
| A A A
Real Madrid-in transfer büdcəsi açıqlandı

Real Madrid klubunun yay fasiləsi üçün transfer büdcəsi müəyyənləşib.

Goal.az xəbər verir ki, paytaxt klubu oyunçularının satışından 200 milyon avro əldə etməyi planlaşdırır. Real Madrid rəhbərliyi yeni futbolçuların alınası üçün əlavə 100 milyon avro da ayırmağı düşünür. Beləliklə, “kral klubu”nun transfer büdcəsi 300 milyon avro təşkil edəcək.

Bildirilir ki, bu, yekun məbləğ olmaya da bilər. Məsələn, Fransa PSG-si Neymarı satmaq istəsə, büdcənin artırılması nəzərdə tutulub.

Qeyd edək ki, Real Madrid Portuqaliya Porto-su ilə müdafiəçi Eder Militaonun, Braziliya Santos-u ilə isə cinah yarımmüdafiəçisi Rodriqonun keçidini razılaşdırıb. İspanlar bu futbolçulara müvafiq olaraq 45 və 50 milyon avro ödəyəcək. Bundan başqa Almaniya Eintracht-ından forvard Luka Yoviçin də 60 milyon avro qarşılığında transferi üçün razılıq əldə olunduğu bildirilir.

(Report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17068 səs