23/05/2019
15:21
2806
| A A A
"Peres Zidana heykəl qoymalıdır"

Real-ın sabiq direktoru Xorxe Valdano Zinəddin Zidan barədə danışıb.

Goal.az xəbər verir ki, Valdano Zidanın Real-a qayıtmaqla riskə yol verdiyini bildirib. O, klub rəhbərliyinin buna görə Zidana minnətdar olmalı olduqlarını vurğulayıb:

"Zidanın qayıdışı demək olar ki, qalibiyyət idi. O. risk edirdi, amma bunu dəf edə bildi. Prezident və klub ona minnatdar olmalıdır. Zidan üçün bir heykəl "Santyaqo Bernabeu”da, biri isə Peresin bağında qoyulmalıdır. Yalnız Zidanın sayəsində mövsümü sakit başa çatdırmaq mümkün oldu. Onsuz necə olacağını təsəvvür etmək olmur. İdman direktoru olmayanda, məşqçi bütün məsuliyyəti üzərinə götürməli olur. O, mövsümün gedişində risk etməyə razılaşdı”.

Zidan Real-a bu ilin mart ayında qayıdıb və 2022-ci ilin iyununa qədər müqavilə bağlayıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17775 səs