Kroosdan tarixi göstərici
Real Madrid-in futbolçusu Toni Kroos tarixi rekorda imza atıb.
Goal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi buna klublararası dünya çempionatının finalında Səudiyyə Ərəbistanı təmsilçisi Al Hilal-a 5:3 hesabı ilə qalib gəldikləri matçda nail olub.
O, futbol tarixində yeddi dəfə dünya çempionu (6 klub, 1 milli) olan yeganə oyunçudur.
Kroos Real Madrid-lə 5, Bayern Münich-lə 1 dəfə klublararası dünya çempionatında qızıl medal qazanıb. Təcrübəli futbolçu 2014-cü ildə Almaniya yığması ilə mundialın qalibi olub.