Vinisius Junior ən yaxşı seçildi
Klublararası dünya çempionatının ən yaxşı oyunçusu məlum olub.
Goal.az xəbər verir ki, bu, Real Madrid-in futbolçusu Vinisius Juniordur. Braziliyalı hücumçu turnirin "qızıl top" mükafatını qazanıb.
Vinisius Al Hilal-a qarşı keçirilən final matçında dubl edib, yarımfinalda bir qol vurub.
Real Madrid Al Hilal-ı 5:3 hesabıyla məğlub edərək tarixində 5-ci dəfə dünya çempionu olub.