Benzema Messiyə çatdı
Real Madrid UEFA Çempionlar Liqasının 1/8 finalının ilk görüşündə Liverpool-u məğlub edib (5:2).
Goal.az xəbər verir ki, bu qarşılaşma La Liqa klubunun hücumçusu Kərim Benzema üçün əlamətdar olub.
36 yaşlı futbolçu matçda dubla imza ataraq ardıcıl 18-ci mövsümdə avrokuboklarda fərqlənib. Öncədən bunu argentinalı futbolçu Lionel Messi bacarıb. Hər iki oyunçu 2005/06 mövsümündən bəri Çempionlar Liqasında qol vurur.
Qeyd edək ki, Real – Liverpool cütünün cavab oyunu martın 15-də İspaniyada keçiriləcək.