Real Madrid-in baş məşqçisi Karlo Ançelotti La Liqanın XXIII turunda Atletico-ya qarşı keçirdikləri oyunu şərh edib.
Goal.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla başa çatan matçla bağlı bunları deyib:
"Çətin oyun oldu. Rəqib komandanın keyfiyyətli futbolçuları var. Onların ustalığına görə qol buraxdıq. Lakin buna tez cavab verə bildik. Bizim önə keçmək istədiyimiz vaxtda onlar fərqləndi. Bu, komandanın əhval-ruhiyyəsini aşağı saldı.
Yaxşı formada deyilik. Bu, normaldır. Çünki 50 gündə artıq 17 oyun oynamışıq. Komanda yorulur. Qrafik çox sıxdır.
Alvaro Rodriqes keyfiyyəti oyun nümayiş etdirdi. Onun və bizim üçün xüsusi gecə oldu. Alvaro yeni mövsümdə əsas komandada olacaq. Onda az futbolçuda olan keyfiyyətlər var. Yaşına görə çox güclüdür". (futbolpress)