"Real çox təhlükəli rəqibdir" - Xavi
Barcelona-nın baş məşqçisi Xavi İspaniya kubokunun yarımfinalında Real-la keçirəcəkləri ilk matç barədə danışıb.
Goal.az xəbər verir ki, mütəxəssis Madrid təmsilçisinin çox təhlükəli rəqib olduğunu deyib:
“Bu, titul qazanmaq üçün əla fürsətdir. Real çox təhlükəli rəqibdir. Bunu bilirik. Amma məqsədimiz qələbə qazanmaqdır. Düşünürəm ki, finala çıxmağın taleyi "Kamp Nou"da keçiriləcək cavab matçında həll olunacaq.
Real La Liqanın və Çempionlar Liqasının son qalibidir. Buna görə də onlar "El-Klassiko"nun favoritidirlər. Bəli, biz Real-ı Superkubbokda məğlub etdik. Amma düzünü deməliyəm ki, onlar favoritdirlər. Bununla belə, mən inanıram ki, Real-ı çətin vəziyyətə sala biləcəyik. Mən çox balanslı matç gözləyirəm".