26/04/2019
11:00
2119
| A A A
Edin Dzeko Bundesliqa klubunun hədəfində

Roma-nın futbolçusu Edin Dzeko karyerasını Almaniyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Dortmund Borussia-sı 33 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Roma-nın da Dzekonun ayrılmasına problem yaratmayacağı bildirilib. A Seriyası təmsilçisi Borussia-dan hücumçu üçün 20 milyon avro tələb edir.

Roma ilə 2020-ci ilin yayına qədər müqaviləsi olan Dzeko, bu mövsüm 35 oyunda iştirak edərək, 13 qol vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34017 səs