28/04/2019
18:48
1744
| A A A
“Qvardiola bir gün İtaliyada işləyəcək”

İtaliya millisinin keçmiş futbolçusu Luka Toni Manchester City-nin baş məşqçisi Pep Qvardiola haqqında açıqlama verib.

Goal.az Tuttosport-a istinadən xəbər verir ki, ispan mütəxəssislə 2001-2002-ci illərdə komanda yoldaşı olmuş Toni, onun A Seriyasında çalışa biləcəyini deyib:

“Qvardiola bir gün İtaliyada işləyəcək. O, mənə A Seriyasına baş məşqçi olaraq geri qayıtmaq istədiyini demişdi. O, Roma-ya rəhbərlik edə bilər, çünki bu komandada forma geyinib.

Juventus da onun üçün yaxşı bir seçimdir, amma Qvardiolanın bu mövsümün sonunda ora getməsi çətin görünür. Massimiliano Alleqri komandadan ayrılsa, Juventus böyük bir mütəxəssislə razılığa gələcək”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15250 səs