03/05/2019
15:42
2775
| A A A
Balotelli A Seriyasına qayıdır

Marseille-in italiyalı ulduz hücumçusu Mario Balotelli İtaliyaya qayıda bilər.

Goal.az xəbər verir ki, 7 il sonra İtaliya A Seriyasına vəsiqə qazanan Brescia Balotellinin transferində maraqlıdır. Brescia A Seriyasına vəsiqəni təmin etdikdən sonra Mario klubu sosial şəbəkələrdə təbrik də edib. Brescia rəhbərliyi isə Balotellinin maaşının çox olduğundan narazıdır. Hücumçu hazırda Marseille-də ilinə 5,4 milyon avro məvacib alır.

Qeyd edək ki, Balotelli cari mövsüm ərzində Fransa 1-ci liqasında 22 oyuna 8 qol vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15237 səs