01/05/2020
20:55
2614
| A A A
A Seriyasının təmsilçiləri qərar verdilər

İtaliya A Seriyasında çıxış edən klubların rəhbərliyi video-konfrans formatında görüş keçiriblər.

Goal.az xəbər verir ki, elita təmsilçiləri koronavirus pandemiyasına görə dayandırılan çempionatın bərpa olunmasını istəyir.

A Seriyasının yayım hüququ məsələsinin həllinə həsr olunmuş toplantıda bütün klublar çempionatın davam etdirilməsinə səs veriblər.

Qeyd edək ki, İtaliyada mayın 4-dən futbolçuların fərdi, 18-dən isə qrup şəklində məşq etməsinə icazə verilib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5851 səs