Avropa Liqasında həftənin futbolçusu adına namizədlər bilindi
UEFA Avropa Liqasında qrup mərhələsinin VI tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Goal.az xəbər verir ki, bu ada Real Betis-dən Aitor Ruibal, Monaco-dan Kevin Vollan, Midtjyllan-dan Anders Dreyer və Roma-dan Lorentso Pelleqrini iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.