10/11/2022
14:58
2933
| A A A
Mourinyo: "O, komandanın oyununa xəyanət etdi"

Roma-nın baş məşqçisi Joze Murinyo A Seriyasının XIV turunda Sassuolo-ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Goal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 1:1 hesabıyla başa çatan görüşlə bağlı danışarkən bir futbolçunun da qışda komandadan ayrılacağını deyib:

"Sassuolo ilə matçda bir futbolçum peşəkara yaraşmayan hərəkətlər etdi. Komandanın oyununa xəyanət etdi. 16 oyunçu oynadı, 15-dən razıyam, 1-dən yox. Kim olduğunu deməyəcəm. Paltardəyişmə otağına özü ilə danışdım və yanvarda ayrılacağını söylədim".

Roma A Seriyasında 6-cı sıradadır.(futbolpress)

GÜNÜN ƏN ÇOX OXUNANLARI