11/11/2022
11:25
1961
| A A A
Joze Mourinyo futbolçulardan birinə "Roma"dan ayrılmağı tövsiyə edib

Roma-nın baş məşqçisi Joze Mourinyo futbolçularından birinə klubu tərk etməyi tövsiyə edib.

Goal.az xəbər verir ki, buna oyunçunun qeyri-peşəkar münasibət göstərməsi səbəb olub.

Portuqaliyalı mütəxəssis bu barədə Sassuolo ilə 1:1 hesablı heç-heçə etdikləri A Seriyasının XIV tur oyunundan sonra açıqlama verib, lakin futbolçunun adını açıqlamayıb: "Demək olar ki, paltardəyişmə otağına getmirəm. Bu gün isə onunla danışdım və yanvarda klubdan getməsini tövsiyə etdim. Amma bunun nə ilə nəticələnəcəyini bilmirəm".

Qeyd edək ki, Joze Mourinyo 2021-ci ildən Roma-nın baş məşqçisidir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI