19/11/2022
12:47
3279
| A A A
"Bu il Napoli sürpriz edir" - Totti

Roma-nın sabiq kapitanı Françesko Totti İtaliya A Seriyası ilə bağlı fikirlərini bölüşüb.

Goal.az futbolçunun verdiyi açıqlamanı təqdim edir: "İtaliya çempionatı həmişə yaxşı olub. Bu il Napoli sürpriz edir. Mövsümün sonuna qədər belə oynasalar, rəqiblərə heç bir şans qalmayacaq. İnter, Juventus, Milan kimi klublar isə heç vaxt erkən təslim olmur”.

Hazırda İtaliya A Seriyası komandaları DÇ-2022 ilə bağlı fasilədədir. İtaliya millisi isə mundialda iştirak etmir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI