Roma-da ayrılıq
Roma-nın futbolçusu Kris Smollinq mövsümün sonunda klubu tərk edə bilər.
Goal.az xəbər verir ki, 32 yaşlı müdafiəçinin sözləşməsi yayda başa çatır. "Canavarlar" ingilis müdafiəçiylə yeni müqavilə ilə bağlı hələ danışıqlara başlamayıb.
Smollinq yanvarda artıq yeni klublarda danışıqlar aparmaqda sərbəst olacaq. Paytaxt klubunun yaxın zamanda müdafiəçi ilə masaya əyləşəcəyi gözlənilir.
Smollinq bu mövsüm 21 oyunda 3 qola imza atıb.