16/12/2022
19:55
2968
| A A A
Veynaldum zədəsini sağaldıb

Roma-nın yarımmüdafiəçisi Corcinyo Veynaldum məşqlərə başlayıb.

Goal.az xəbər verir ki, avqust ayından zədə səbəbiylə kənarda qalan yarımmüdafiəçi fərdi qaydada hazırlaşır.

Niderlandlı futbolçunun avqustda məşq zamanı baldır sümüyündə sınıq aşkarlanıb və o, bu səbəbdən Qətərdə təşkil olunan dünya çempionatında iştirak edə bilməyib.

Veynaldum 2023-cü ilin əvvəlində oyunlara çıxa biləcək.

GÜNÜN ƏN ÇOX OXUNANLARI