Sinişa Mixayloviç dünyasını dəyişdi
Serbiya millisinin sabiq futbolçusu Sinişa Mixayloviç dünyasını dəyişib.
Goal.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikola Skira paylaşım edib.
O, veteran müdafiəçinin 53 yaşında onkoloji xəstəlikdən vəfat etdiyini yazıb. Mixayloviç bir müddətdir leykemiyadan əziyyət çəkirdi.
Qeyd edək ki, Sinişa Mixayloviç futbolçu karyerası ərzində İnter-lə yanaşı, ölkəsinin Vojvodina, Crvena Zvezda, İtaliyanın Roma, Sampdoria və Lazio klublarının da formasını geyinib. Baş məşqçi kimi də fəaliyyət göstərən mütəxəssis son olaraq Bologna-nın sükanı arxasında olub.