17/01/2023
18:40
2651
| A A A
Roma Dibalanın maaşını artırır

Roma Paulo Dibala ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Goal.az xəbər verir ki, paytaxt klubu argentinalıya uzunmüddətli sözləşmə təklif edəcək. "Canavarlar" onun maaşını artırmaq niyyətindədir.

Roma argentinalıya illik 6 milyon avro məvacib təklif edəcək. Dibala hazırda Roma-da illik maaşı 4,2 milyon avro qazanır.

​Onun hazırkı müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI