Roma-dan Trabzonspor-a keçir
Trabzonspor Roma-nın hücumçusu Eldor Şomurodovu transfer etmək istəyir.
Goal.az xəbər verir ki, Roma klubu özbək forvardı 10 milyon avroya məcburi alış şərti ilə icarəyə vermək niyyətindədir. Bu tələblərlə razılaşan olmasa, Trabzonspor öz şərtləri ilə qarşı tərəfə təklif göndərəcək.