29/01/2023
17:49
3251
| A A A
"Napoli-ni çempionluq münasibətilə təbrik edirəm" - Mourinyo

Roma-nın baş məşqçisi Joze Mourinyo bu mövsümün yarısı olmasına baxmayaraq, Napoli-ni A Seriyasını qazanması münasibətilə təbrik edib.

Goal.az xəbər verir ki, o deyib: “Mövsümün ilk günündən bəri gördüyümüz eyni Napoli-ni görəcəyimizi gözləyirik. Ümid edirəm ki, məni düzgün başa düşəcəklər, amma Napoli-ni çempionluq münasibətilə təbrik edirəm. Skudetto onlarındır, onlar qazandılar və buna layiqdirlər.

Bu, ən güclü komandadır, Napoli-nin yaxşı məşqçisi, əla oyunçuları var. Onlar yayda əla iş gördülər və indi də əla işləyirlər. Napoli 2-ci yeri 10 xal qabaqlayır. İnter, Milan və digər rəqiblər ardıcıl yeddi və ya səkkiz matçda qələbə qazanacaq qədər stabil deyil".

Qeyd edək ki, Napoli A seriyasında 50 xalla liderdir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI