Roma özbək forvardı icarəyə verdi
Roma hücumçusu Eldor Şomurodovu Spezia-ya icarəyə verib.
Goal.az xəbər verir ki, Özbəkistan millisinin üzvü bu mövsümün sonuna kimi A Seriyasının digər klubunda forma geyinəcək.
27 yaşlı forvard Roma-nın heyətində meydana çıxdığı 48 oyunda 6 qol vurub.