Roma-dan Galatasaray-a
Galatasaray Roma-nın futbolçusu Nikolo Zaniolo ilə maraqlanır.
Goal.az xəbər verir ki, İstanbul təmsilçisi 23 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün paytaxt klubu ilə danışıqlar aparır. Bu barədə Fabrizio Romano tvitter hesabında məlumat yayıb.
Roma-da oyun praktikasının azlığından narazı olan Zaniolo bu keçidə müsbət yanaşır. Yarımmüdafiəçi bundan əvvəl Bournemouth-dan gələn təklifi rədd etdiyi üçün əsas komandadan kənarlaşdırılıb.
Zaniolo bu mövsüm Roma ilə 17 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.