31/03/2020
12:35
1960
| A A A
La Liqada mövsüm ləğv edilə bilər

İspaniya La Liqasının rəhbərliyi koronavirus pandemiyası səbəbindən təxirə salınmış mövsümün bərpası üçün bir neçə variant üzərində işləyir.

Goal.az Marca-ya istinadən xəbər verir ki, çempionatın aprelin sonu, mayın əvvəlində bərpa olunma ehtimalı azdır.

Bildirilib ki, La Liqa 27 iyuna kimi başlamasa, çox güman ki, 2019/2020 mövsümü ləğv ediləcək.

Qeyd edək ki, İspaniya çempionatı martın 12-də koronavirusa görə dayandırılıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5767 səs