Holand daha bir matçı buraxacaq
Manchester City-nin futbolçusu Erlinq Holand Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda Sevilla ilə keçiriləcək oyununu buraxacaq.
Goal.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Pep Qvardiola mətbuat konfransında açıqlama verib. O, norveçli hücumçunun zədədən sonra meydana çıxmağa hazır olmadığını deyib.
Qeyd edək ki, sabah keçiriləcək Manchester City - Sevilla görüşü saat 00:00-da başlayacaq.