21/08/2018
13:21
2609
| A A A
Sevilla Taysonu heyətinə qatmaq istəyir
Donetskin Shakhtar klubunun futbolçusu Tayson karyerasını Sevilla-da davam etdirə bilər.Goal.az xəbər verir ki, Sevillia transferi yaxın günlərdə həll etməyi düşünür. Ukrayna klubunun baş məşqçisi Paulu Fonseka braziliyalının xidmətlərindən yararlanmaq niyyətindədir. Fonseka Taysonun satılmayacağını bildirib.Xatırladaq ki,28 yaşlı Tayson Roma-nın da hədəfində idi. Hətta tərəflər arasında ilkin danışıqlar da olmuşdu. Ukrayna klubu son anda danışıqları dayandırmışdı. Braziliya millisinin yarımmüdafiəçisi yeni mövsümdə Ukrayna çempionatında Shaktakar-ın heyətində 4 matçda ilk 11-likdə yer alıb. Onun hesabında bir qol,üç məhsuldar ötürmə var. Taysonun transferi baş tutmasa, Sevillia Torino-dan Mbaye Nyanqı əldə etməyə çalışacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17068 səs