13/09/2018
16:12
3030
| A A A
Shakhtar-un stadionunda köstəbəklər peyda olub

Ukraynanın Shakhtar klubu UEFA Çempionlar Liqasının I turunda Almaniya təmsilçisi Hoffenheim-la oyun ərəfəsində qeyri-adi problemlə üzləşib. Goal.az xəbər verir ki, sentyabrın 19-da oyunun keçiriləcəyi Xarkov şəhərindəki Metallist stadionunun şimal tribunası tərəfdə, künc bayrağının yaxınlığında köstəbəklər peyda olub. Onlar stadionun qazonuna ciddi zərər yetiriblər.

Shakhtar  Hoffenheim-la yanaşı, İngiltərənin Manchester City və Fransanın Lyon komandaları ilə birgə F qrupunda yer alıb. Donetsk klubu ev oyunlarını müvəqqəti olaraq Xarkovda keçirir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17386 səs