27/11/2018
09:25
3306
| A A A
Çempionlar Liqasının qrup mərhələsində VI tura start verilir

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək.

Günün əsas oyunu İtaliyada baş tutacaq. Turnirin son qalibi İspaniyanın Real Madrid klubu Roma ilə üz-üzə gələcək. Bu görüşdə qalib gələn komanda növbəti mərhələni təmin edəcək.

Qrupun digər matçında isə Rusiya ÇSKA-ı Çexiyanın Viktoriya klubunu qəbul edəcək. Qonaqlar 1/8 final şanslarını itirsə də, Avropa Liqasına vəsiqəni itirməmək üçün qələbə qazanmağa çalışacaq. Moskva təmsilçisi isə növbəti mərhələyə yüksəlmək şansını sonuncu-VI tura saxlamaq niyyətindədir.

İtaliyanın turnirdəki digər təmsilçisi Juventus isə evdə İspaniya Valencia-sı ilə münasibətlərə aydınlıq gətirəcək. Turin klubu qələbə qazanacağı təqdirdə növbəti mərhələyə yüksələcək.

Qrupun digər görüşündə isə İngiltərənin Manchester United klubu doğma azarkeşlər önündə İsveçrə Young Boys-un müqavimətini qırmağa çalışacaq.

27 noyabr

Çempionlar Liqası, V tur

E qrupu

21:55.  AEK (Afina, Yunanıstan) - Ajax (Hollandiya)

00:00. Bayern Münich (Almaniya) - Benfica (Portuqaliya)

Xal durumu: Bayern Münich - 10, Ajax - 8, Benfica - 4, AEK - 0.

F qrupu

00:00. Lyon (Fransa) - Manchester City (İngiltərə)

00:00. Hoffenheim (Almaniya) - Şaxtyor (Donetsk, Ukrayna)

Xal durumu: Manchester City - 9, Lyon - 6, Hoffenheim - 3, Shakhtar - 2.

G qrupu

21:55. CSKA (Moskva, Rusiya) - Viktoriya (Plzen, Çexiya)

00:00. Roma (İtaliya) - Real Madrid (İspaniya)

Xal durumu: Roma - 9, Real Madrid - 9, ÇSKA - 4, Viktoriya - 1.

H qrupu

00:00. Juventus (İtaliya) - Valencia (İspaniya)

00:00. Manchester United (İngiltərə) - Young Boys (İsveçrə)

Xal durumu: Juventus - 9, Manchester United - 7, Valencia - 5, Young Bos - 1.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15237 səs