27/03/2020
10:36
1728
| A A A
Premyer Liqa klubları futbolçuların maaşını ödəmək istəmir

İngiltərə Premyer Liqa klublarının bəziləri futbolçularının məvaciblərini vermək istəmir.

Goal.az xəbər verir ki, Premyer Liqa klubları aprelin 3-də keçiriləcək videokonfrans zamanı bu məsələni müzakirə edəcək.

İngiltərə Premyer Liqasında mövsüm aprelin 30-dan tez başlamayacaq. Buna görə də, klublar, mart və aprel ayında heç bir gəlirin olmaması səbəbindən futbolçuların bu 2 ay üçün nəzərdə tutulan məvaciblərini vermək istəmir.

Premyer Liqa təmsilçiləri ödənişlərin dayandırılmasıyla bağlı futbolçularla razılaşmaq niyyətindədir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5760 səs