30/03/2020
10:37
2082
| A A A
Harri Keyn klubunu dəyişə bilər

Tottenham-in hücumçusu Harri Keyn London təmsilçisindən ayrılacağı haqda xəbərlərə münasibət bildirib.

Goal.az xəbər verir ki, ingilis hücumçu İnstagram hesabında Premyer Liqa klubundan ayrıla biləcəyini istisna etməyib:

“Məndən gələcəyim barədə tez-tez soruşurlar. Bu, konkret cavab verə bilməyəcəyim suallardan biridi. Klubu sevirəm, ancaq bir komanda olaraq və ya doğru istiqamətdə irəliləmədiyimizi hiss etsəm, o zaman burada qalmayacağam. Mən iddialı futbolçuyam”.

Qeyd edək ki, Tottenham-in yetirməsi olan Keyn 2009-cu ildən əsas komandada çıxış edir. Onun London klubu ilə 2024-cü ilin iyununa qədər müqaviləsi var.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5768 səs