02/04/2020
16:41
2051
| A A A
Ulduz futbolçu əsgərliyə çağırıldı

Tottenham-in futbolçusu Son Hın Min koronavirusa görə İngiltərəni tərk edib.

Goal.az xəbər verir ki, 28 yaşlı hücumçu ölkəsi Cənubi Koreyada karantinə alınıb.

Son Hın Min aprelin sonunda başlayacaq və dörd həftə davam edəcək hərbi xidmət keçəcək. İngiltərədə mövsüm may ayında bərpa olunsa, forvard bir neçə oyunu buraxa bilər.

Qeyd edək ki, Cənubi Koreyanın qanunlarına əsasən 28 yaşdan kiçik oğlanlar 21 ay orduda xidmət etməlidir. Son Hın Min 2018-ci il Asiya Oyunlarında qələbə qazanmaqla xidmətdən yayınmaq imkanı əldə edib. Oyunçu qısa müddətli də olsa, hərbi xidmətdə iştirak edəcək.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6006 səs