06/04/2020
10:37
2047
| A A A
Haginın oğlu Premyer Liqa nəhənglərinin hədəfində

Rumıniya futbolunun canlı əfsanəsi Goergi Haginin oğlu Yanis Hacini transfer etmək istəyən Avropa nəhənglərinin sayı artır.

Goal.az xəbər verir ki, artıq İngiltərənin “Tottenham” və “Manchester City” klubları da 21 yaşlı hücumçu ilə maraqlanmağa başlayıb.

Bunu gənc futbolçunun meneceri Covani Bekali açıqlayıb:

“Tottenham”in baş məşqçisi Joze Mourinyo, “Manchester City”nin idman direktoru Txiki Beqiristain mənimlə əlaqə saxlayaraq, Yanislə maraqlanıb. Haci böyük istedada və yaradıcılığa sahibdi. Digər çoxlu özəllikləri də var. Açığı, atasından daha cəlddi, çox sürətli qaçır. Bu iki klubdan birinə keçəcəyi halda, daha da güclü futbolçu olmağa davam edəcək”.

Qeyd edək ki, müqavilə ilə Belçikanın “Genk” klubuna məxsus olan Yanis Hagi, bu ilin yanvar ayında Şotlandiyanın “Rangers” klubu tərəfindən icarəyə götürülüb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5767 səs