04/01/2023
17:52
5825
| A A A
Dumfris Premyer Liqa nəhənglərinin hədəfində

İnter-in futbolçusu Denzel Dumfris karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, niderlandlı müdafiəçi ilə Chelsea, Manchester United və Tottenham yaxından maraqlanır. 

Hər üç klub Dumfris üçün İnter-lə danışıqlar aparır. "Neradzurri" isə cinah müdafiəçisini satmaq niyyətində deyil.

Niderland yığmasının da üzvü olan 26 yaşlı oyunçu bu mövsüm A Seriyasında 15 matçda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI