Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb
Tottenham-in futbolçusu Harri Keyn İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
Goal.az xəbər verir ki, 30 yaşlı hücumçu buna Crystal Palace-yə 4:0 hesabı ilə qalib gəldikləri XIX tur oyununda dubl etməklə nail olub.
İngiltərə millisinin üzvü yerli çempionatda vurduğu qolların sayını 198-ə çatdırıb. Keyn yığmanın sabiq forvardı Alan Şirerin 300 matçda ən çox fərqlənmə rekordunu qırıb.
Şirer Premyer Liqadakı ilk 300 qarşılaşmada 196 dəfə rəqib qapılarına yol tapmışdı. (report)