06/01/2023
13:48
1132
| A A A
"O, bütün qol rekordlarını qıracaq" - Konte

Tottenham-in baş məşqçisi Antonio Konte futbolçusu Harri Keynin İngiltərə millisi və Newcastle-ın sabiq hücumçusu Alan Şirerin rekordunu qırmasından danışıb.

Goal.az xəbər verir ki, italiyalı mütəxəssis İngiltərə mətbuatına açılqamasında Premyer Liqada 300 oyuna ən çox - 198 qol vuran hücumçunun bundan sonra da rekordlar qıracağını bildirib:

“Biz Keyn haqqında danışarkən dünya səviyyəli hücumçudan bəhs edirik. O, bütün qol rekordlarını qıracaq. Komandamız üçün Harri təkcə qollarına görə vacib deyil, bütövlükdə meydanda mühüm rol oynayır. Çətin anlarda bilirsiniz ki, o, mübarizə aparmağa, yoldaşlarına kömək etməyə, vəziyyəti qol və ya assistlə həll etməyə hazırdır. O, müsbət və ya mənfi istənilən vəziyyəti güclü ruh və güclü xarakterlə qarşılayır”.

Qeyd edək ki, bu mövsüm "Tottenhem"in heyətində 25 oyuna 16 qol vurub, 3 məhsuldar ötürmə edib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI