İspaniya millisinin üzvü Tottenham-ə keçdi
Tottenham heyətini yeni futbolçu ilə gücləndirib.
Goal.az xəbər verir ki, London təmsilçisi Sporting-də Pedro Porronu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi mövsümün sonuna qədər Tottenham-də forma geyinəcək.
Premyer Liqa təmsilçisi yayda Porronun transfer hüquqlarını ala bilər.
İspaniya millisinin də üzvü olan müdafiəçi bu mövsüm 26 oyunda 3 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.