01/02/2023
21:45
2474
| A A A
Kontenin səhhətində problem aşkarlanıb

Tottenham-in baş məşqçisi Antoni Kontenin səhhətində problem aşkarlanıb.

Goal.az xəbər verir ki, kəskin ağrılardan sonra həkimə müraciət edən italiyalı mütəxəssisə xolesistit diaqnozu qoyulub. Onun öd kisəsi çıxarılmalıdır. Konte bu gün əməliyyat olunacaq.

Baş məşqçi bu səbəbdən fevralın 5-də Premyer Liqanın 22-ci turunda Manchester City ilə keçiriləcək oyunda komandasının yanında olmaya bilər. 

GÜNÜN ƏN ÇOX OXUNANLARI