06/02/2023
16:52
4995
| A A A
Harri Keyn tarixi rekorda imza atıb

Tottenham-in futbolçusu Harri Keyn yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, 29 yaşlı oyunçu İngiltərə Premyer Liqasının 22-ci turunda Manchester City ilə matçda (1:0) qol vuraraq buna nail olub. Bununla da, London təmsilçisində vurduğu qolların sayını 267-ə çatdıran ingilis hücumçu klub tarixinin ən çox qol vuran futbolçusu olub. O, Cimmi Qrivzi (266 qol) geridə qoyub.

Qeyd edək ki, bu qol eyni zamanda Keyninin Premyer Liqada vurduğu 200-cü qol olub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI