14/02/2023
10:56
3647
| A A A
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start verilir

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start veriləcək.

Goal.az xəbər verir ki, 1/8 finalın ilk iki oyun keçiriləcək.

Mərhələnin ən diqqətçəkən görüşü Parisdə baş tutacaq. 2019/2020 mövsümünün finalçıları Fransa PSG-si ilə Almaniya təmsilçisi Bayern birincilərin meydanında üz-üzə gələcəklər. 2023-cü ildə heç də yaxşı nəticələr göstərməyən PSG-də aparıcı futbolçular Neymar, Kilian Mbappe və Lionel Messinin durumları qeyri-müəyyən idi. Lakin hər üç hücumçunun böyük ehtimalla meydanda olacağı açıqlanıb.

Əvəzində Bayern “erkən final”a ciddi itkilərlə çıxacaq. Uzunmüddətli zədədən əziyyət çəkən qapıçı Manuel Noyer və vinger Sadio Mane münhenlilərə kömək edə bilməyəcəklər. Həmçinin, Lukas Ernandes və Nussair Mazraui də zədəlidirlər.

Paralel keçən qarşılaşmada İtaliya çempionu Milan İngiltərə təmsilçisi Tottenham-i qəbul edəcək. İlk duel öncəsi hər iki komandanın heyətində ciddi itkilər var. Milan-da Serjinyo Dest, İsmael Bennaser, Alessandro Florensi, Zlatan İbrahimoviç, Maykl Menyan və Fikayo Tomorinin yoxluğunu vurğulamaq lazımdır.

Tottenham-də isə Rodriqo Bentankur, İv Bissuma, Pyerr-Emil Hoybyerq, Uqo Lyoris və Rayan Sessenyon müxtəlif səbəblərdən baş məşqçi Antonio Kontenin sərəncamında olmayacaqlar.

GÜNÜN ƏN ÇOX OXUNANLARI