01/01/2019
18:59
3458
| A A A
Burak Yılmaz Beşiktaş-da! - atası açıqladı

Trabzonspor-dan ayrılan Burak Yılmazın yeni klubu açıqlanıb.

Goal.az xəbər verir ki, bu barədə futbolçunun atası Fikrət Yılmaz açıqlama verib:

"Oğlum Beşiktaş-la bütün məsələlərdə anlaşıb. "Burak Yılmaz Beşiktaş-da yaza bilərsiniz. Burak Trabzonspor rəhbərliyi ilə son görüşündə 2 milyon avro alacağından vaz keçdi. Hər iki tərəf üçün xeyirli olmasını diləyirəm. Burak və mənim üçün Trabzonspor-un ayrı yeri var. İnşallah, çempion olarlar. Oğlum Trabzondan ayrıldı deyə əlaqələrimiz bitməyəcək". 

Hürriyet qəzetinə açıqlama verən Burak Yılmaz özü isə "Yuvama döndüm" deyib.

Qeyd edək ki, Burak Yılmaz 2006-2008-ci illərdə Beşiktaş-da çıxış edib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5016 səs