05/01/2019
13:59
2113
| A A A
Burak Yılmaz Beşiktaş-da - RƏSMİ

Türkiyə yığmasının hücumçusu Burak Yılmazın Trabzonspor-dan Beşiktaş-a keçidi rəsmiləşib.

Goal.az xəbər verir ki, bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Beşiktaş sözügedən oyunçunun keçidinə görə 8 milyon 429 min Türkyə lirəsi təzminat ödəyəcək.

Beşiktaş da rəsmi saytı vasitəsilə Burakı heyətinə qatdığını rəsmən açıqlayıb. Lakin hələlik, tərəflər arasında müqavilənin detalları açıqlanmayıb. Buna baxmayaraq, Yılmaz köhnə-yeni komandası ilə ilk məşqə çıxıb.

33 yaşlı forvard ilk dəfə Beşiktaş-a 2006-cı ildə Antalyaspor-dan gəlib. Lakin 2007/08 mövsümünün fasiləsində, 2008-ci ilin yanvar ayında Filip Holosko qarşılığında Manisaspor-a verilən futbolçu 11 ildən sonra yenidən bu kluba qayıdıb.

Son 1,5 mövsümü Trabzonspor-da keçirən Burak 32 oyuna çıxıb, 28 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28928 səs