14/01/2019
20:23
2868
| A A A
Trabzonspor-dan A seriyası klubuna

Trabzonspor-un futbolçusu Yuray Kuçka karyerasını İtaliyada davam etdirəcək.

Goal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Parma klubuyla razılıq əldə edib. Kuçkanın Trabzondan ayrılaraq İtaliyaya getdiyi, son danışıqlardan sonra Parma-yla rəsmi müqavilə imzalayacağı bildirilir.

Kuçka 2017-ci ildə, Milan-dan 5 milyon avroya Trabzonspor-a keçmişdi.

31 yaşlı futbolçu 63 dəfə Slovakiya millisinin şərəfini qoruyub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5199 səs