03/03/2020
10:26
6188
| A A A
Çempionlar Liqasının qalibi futboldan kənarlaşdırıldı

İngiltərə Futbol Federasiyası bu gün "Trabzonspor"dan ayrılan Daniel Staricə növbəti cəza tətbiq edib.

Goal.az qurumun saytına istinadən xəbər verir ki, buna onun mərc qaydalarını pozması səbəb olub. Belə ki, 30 yaşlı hücumçu 2018-ci ilin yanvar ayında mümkün transferi ilə bağlı qardaşı Leona bildirib. O, qardaşına "Sevilla"ya gedəcəyi ilə bağlı mərc şirkətində pul qoymağını istəyib.

Baş verənlərə görə qurum ötən ilin yayında Starici 4-ü şərti olmaqla, 6 həftəlik futboldan kənarlaşdırmışdı.

Təşkilatın apellyasiya komitəsi qərarı yenidən nəzərdən keçirib və iki qayda pozuntusunu sübut edərək cəzanı sərtləşdirib. Yeni qərara əsasən, Staric 2020-ci ilin iyunun 17-ə kimi futboldan kənarlaşdırılıb.Bundan başqa, ingilis oyunçu 150 min funt sterlinq məbləğində cərimələnib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8619 səs