Super Liqada yeni mövsümün püşkü atıldı
Türkiyə Super Liqasında yeni mövsümün təqvimi müəyyənləşib.
Goal.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 19 klubun iştirak edəcəyi çempionat 5, 6, 7 və 8 avqust tarixlərində keçiriləcək matçlarla başlayacaq.
Mövsümə gələn il mayın 28-də yekun vurulacaq.
İlk turda aşağıda adları qeyd olunan komandalar üz-üzə gələcək:
Antalyaspor – Galatasaray
Karagümrük – Alanyaspor
Beşiktaş – Kayserispor
Sivasspor – Gaziantep
Ankaragücü – Konyaspor
Başakşehir – Kasımpaşa
İstanbulspor – Trabzonspor
Fenerbahçe – Ümraniyespor
Giresunspor – Adana Demirspor
Mövsümün açılış turunda Hatayspor oynamayacaq.