31/07/2022
10:07
2563
| A A A
Türkiyə superkubokunun qalibi bəlli oldu

Türkiyə superkubokunun qalibi müəyyənləşib.

Goal.az xəbər verir ki, həlledici oyunda Super Liqanın sonuncu qalibi Trabzonspor-la Türkiyə kubokunu qazanmış Sivasspor üz-üzə gəlib.

İstanbuldakı Atatürk Olimpiya Stadionunda təşkil olunmuş matç Trabzon təmsilçisinin 4:0 hesablı qələbəsiylə yekunlaşıb. Qolları dubla imza atan Andreas Kornelius (37 və 51), Yens Larsen (64) və Anastasios Bakasetas (75) vurublar.

Beləliklə, Trabzonspor tarixində üçüncü dəfə superkubokun qalibi olub. Sözügedən komanda 2010 və 2021-ci illərdə də oxşar uğura imza atmışdı.

GÜNÜN ƏN ÇOX OXUNANLARI