Bartra Türkiyə nəhənginə keçdi - RƏSMİ
Trabzonspor heyətini yeni futbolçu ilə gücləndirib.
Goal.az Qara Dəniz təmsilçisi Real Betis-dən Mark Bartranı transfer edib.
İspaniyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 31 yaşlı mərkəz müdafiəçisi Türkiyə klubunda illik 1,5 milyon avro maaş (700 min avro bonus) alacaq. Trabzonspor ispaniyalı futbolçu üçün qarşı tərəfə 1,2 milyon avro ödəyəcək.