Ajax Türkiyə millisinin üzvünü transfer edib
Ajax heyətini yeni futbolçu ilə gücləndirib.
Goal.az xəbər verir ki, Erediviziya təmsilçisi Trabzonspor-dan Ahmetcan Kaplanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Ahmetcan Türkiyənin U-21 millisinin üzvüdür.